Haqqımızda

Valser MMC - İş yerlərinin attestasiyası, mühasibatlıq, kadr və tender xidmətləri sahəsində peşəkar həllər təqdim edən dinamik və etibarlı şirkətdir. Şirkətimizin əsas məqsədi müəssisələrdə təhlükəsiz əmək mühitinin formalaşdırılması, qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsi və biznes subyektlərinin dayanıqlı inkişafına dəstək olmaqdır.

Fəaliyyət istiqamətlərimiz çərçivəsində dövlət və özəl müəssisələr üçün iş yerlərinin attestasiyası xidmətlərini həyata keçiririk. Bu sahədə əmək şəraitinin qiymətləndirilməsi, istehsalat mühitində fiziki, kimyəvi, bioloji və psixofizioloji zərərli amillərin ölçülməsi, peşə risklərinin müəyyənləşdirilməsi, attestasiya pasportu və protokollarının hazırlanaraq təqdim edilməsi, həmçinin əmək şəraitinin yaxşılaşdırılması üzrə təkliflər planının hazırlanması xidmətlərini təqdim edirik.

Valser MMC - ni fərqləndirən əsas üstünlüklərdən biri psixofizioloji ölçmələr üzrə fəaliyyət imkanına malik olmasıdır. İnsan faktorunun əmək prosesinə təsirini qiymətləndirən bu ölçmələr müəssisələrdə iş prosesinin daha təhlükəsiz və effektiv təşkil edilməsinə töhfə verir.

Şirkətimiz eyni zamanda sahibkarlıq subyektləri üçün geniş spektrli mühasibatlıq xidmətləri təqdim edir. Buraya vergi və maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi, ƏDV, mənfəət, gəlir və sosial sığorta üzrə hesabatların hazırlanması, elektron qaimə-fakturaların idarə olunması, bank əməliyyatları, kassa uçotu, əmək haqqı hesablamaları, maliyyə nəticələrinin təhlili və mühasibat sənədlərinin arxivləşdirilməsi daxildir.

Kadr xidmətləri istiqamətində əmək müqavilələrinin hazırlanması və elektron sistemlərdə qeydiyyatı, işə qəbul və işdən azad etmə əmrlərinin hazırlanması, məzuniyyət, ezamiyyət və intizam sənədlərinin tərtibi, əmək kitabçalarının işlənməsi, iş vaxtı tabeli və əmək qanunvericiliyinə uyğun kadr sənədləşməsi xidmətləri həyata keçirilir.

Bununla yanaşı, müəssisələrin satınalma proseslərində peşəkar iştirakını təmin etmək məqsədilə tender və kotirovka xidmətləri də təqdim edirik. Tender sənədlərinin hazırlanması, elektron satınalma platformalarında qeydiyyat, qiymət təkliflərinin hazırlanması, texniki və maliyyə sənədlərinin tərtibi, müqavilə layihələrinin hazırlanması və tender prosesləri üzrə məsləhət xidməti fəaliyyət istiqamətlərimizə daxildir.

Peşəkarlıq, məsuliyyət, operativlik və etibarlılıq prinsiplərinə əsaslanan fəaliyyətimizlə hər bir müştəriyə fərdi yanaşır, keyfiyyətli və nəticəyönümlü xidmət təqdim etməyi prioritet hesab edirik.

^