
“Valser” Value (dəyər), Safety (təhlükəsizlik) anlayışlarından ilhamlanaraq formalaşdırılmış və şirkətin əsas prinsiplərini —təhlükəsiz əmək mühiti, peşəkar xidmət və etibarlı tərəfdaşlıq fəlsəfəsini özündə əks etdirən korporativ brenddir.
Şirkətimizin əsas məqsədi müəssisələrdə təhlükəsiz əmək mühitinin formalaşdırılması, qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsi və biznes subyektlərinin dayanıqlı inkişafına dəstək olmaqdır.
Müəssisələrdə təhlükəsiz əmək mühitinin formalaşdırılmasına, əmək şəraitinin düzgün qiymətləndirilməsinə və bizneslərin maliyyə, kadr və idarəetmə proseslərinin peşəkar şəkildə təşkilinə dəstək olmaq.
Əmək təhlükəsizliyi, attestasiya, mühasibatlıq və korporativ xidmətlər sahəsində etibarlı, innovativ və aparıcı şirkətlərdən birinə çevrilmək.
Peşəkarlıq • Etibarlılıq • Şəffaflıq
Operativlik • Məsuliyyət • Keyfiyyət















^